27.06.2025, 06:42
AZ EN
12.08.2024, 10:00 327

Ermənistanı keşişlər dağıdacaqlar

XƏBƏRLƏR
  • Adı "müqəddəs", reallıqda isə sırf cinayətə hədəflənmiş hərakatın başçısı keşiş Bağratın Artaşadda sakinlərlə görüşü zamanı söylədiyi fikirlər belə qənaətə gəlməyə əsas verir.

Keşiş deyib ki, dövlət adətən üç istiqamətdə: daxili, xarici və informasiya böhranı nəticəsində məhv olur. O, əlavə edib ki, bu gün ölkədə daxili süqut baş verməkdədir. Polis vətəndaşın qanuni hüquqlarını deyil, hakimiyyətin maraqlarını müdafiə edir. Belə bir şəraitdə din adamlarının hakimiyyətə sahib durmasının vacibliyini vurğulayan keşiş sonda bildirib ki, sentyabrın əvvəllərində hərəkatın "qızğın payız"ı olacaq, iqtidar keşişlərlə əvəz ediləcək.

Deyəsən, keşişlər də qonşu ölkədə olduğu kimi dinlə heç bir bağlılığı olmayan rejim yaratmaqla Ermənistanı daxildən dağıdacaqlar.

Nəsib Qaramanlı

Oxşar xəbərlər