Üç ildən çoxdur ki, barəsində müxtəlif ittihamlar da səslənən bu erməninin vəkili "Hraparak"ın müxbiri ilə söhbətində yenə də baş nazirin ünvanına gileylənib. Deyib ki, Konstitusiya məhkəməsinə edilən müraciətlər də müsbət nəticə verməyib. Belə ki, appelyasiya məhkəməsinin sənədlərinə baxış keçirildikdən sonra iddia rədd edilib və David Tonoyan barədə əvvəlki məhkəmə qərarı qüvvədə saxlanılıb. Beləliklə, Bakıda çay içmək arzusunda olduğunu bildirən həmin hay indi İrəvanda həbsxanada, adaşı David Manukyan isə Bakıda istintaq təcridxanasında çay içir.
Nəsib