O, əlavə edib ki, yerə atılmış siqaret kötükləri yığılıb aparılmasa həmin yerdə zibilxana əmələ gəlir. Ermənistan cəmiyyəti də belə olub. İllərlə yığılıb qalmış problemlərin üstünə yeniləri gəlir. Qırmızı xəttin çəkilməsi üçün göstərilən cəhdlər isə məhz hayların özləri tərəfindən fiaskoya uğrayır. Səbəb isə bəllidir: haylar fərd olaraq özlərinə qırmızı xətt yaradırlarsa da milli xətləri daim başqaları tərəfindən müəyyənləşdirilib. Bütün bunların isə həm də seçkidə açıq göründüyünü xatırladan baş redaktor əlavə edib ki, məhz milli xətləri olmadığına görə Hayastan indi də başqasının oyuncağı funksiyasını yerinə yetirir.
Nəsib Qaramanlı