"Hraparak"ın müxbiri Hasmik Babacanyanın bu gün yayımlanmış "Azərbaycanın qələbəsinin müəllifi Paşinyandır" başlıqlı məqaləsi hay yazarların sağlam təfəkkürdən tam uzaq olduqlarını açıq-aydın göstərir. O, yazır ki, Azərbaycanın dövlət başçısı öz çıxışlarında 44 günlük müharibədə qələbə qazandıqlarını daim vurğulayır və bununla fəxr etdiklərini qürurla təkrarlayır. Ermənistanın baş naziri Nikol Paşinyan isə müharibədəki məğlubiyyətin səbəblərini açıqlayarkən sabiq hakimiyyətləri qınayır və tənqid edir. "Artıq "arsax" da yoxdur və Ermənistan özünü də qorumaq iqtidarında deyil, bütün bunların və Azərbaycanın qələbəsinin müəllifi məhz Paşinyandır", - deyə o, baş nazirin bundan sonra da belə hərəkət edəcəyinə əminlik ifadə edib. Sonra isə əlavə edib ki, gün gələcək Nikol qələbə qazandırdığı Azərbaycana pənah aparacaqdır.
N.Qaramanlı