"Lurer.com" öz mənbəyinə əsasən xəbər yayıb ki, davaya səbəb sözügedən şuradakı müxaliflərin gündəliyə daxil etmək istədikləri məsələyə bələdiyyənin başçısı Suren Avinyanın laqeyd münasibəti olub. O müxaliflərə dediyi "bura mitinq deyil bağırasınız, mənim səbrim dəmirdir, məni hövsələdən çıxara bilməzsiniz" sözlərdən sonra yenidən iradla qarşılanıb. Müxaliflərdən birinin isə onu "qanmaz" adlandırmasından sonra necə deyərlər, ara qarışıb məzhəb itib və tərəflərdən biri digərini yumruqla vurduqdan sonra polis işə qarışaraq onları intizama dəvət edib. İclas isə təxirə salınıb.
Budur erməni mədəniyyəti!
N.Qaramanlı