27.06.2025, 19:54
AZ EN
08.02.2024, 16:54 299

Erməni deputat "soyqırımı"ndan danışıb

XƏBƏRLƏR
  • "Hraparak" yazır ki, Ermənistan parlamentinin "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü Xaçatur Sukiasyan fevralın 8-də jurnalistlərlə söhbətində soyqırımı termininə aydınlıq gətirməyə çalışıb.

O, deyib ki, dünyanın çox yerində soyqırımı baş verib və bu düzgün aparılmayan siyasətin nəticəsidir. Konstitusiyadan "erməni soyqırımının tanınması" ifadəsinin çıxarılacağı ilə bağlı fikrə şərik olduğunu bildirən deputat əlavə edib ki, həmin "soyqırımında" ermənilərin özlərinin də günahı olub. O, əlavə edib ki, "soyqırımı" sözünün işlədilməsi siyasi alver vasitəsidir. Bizə isə qüdrətli dövlət qurmaq lazımdır ki, bütün problemləri, o cümlədən "soyqırımı"nın tanınması problemini həll edə bilək.

Deputatın dediyindən belə çıxır ki, ermənilər konstitusiyada "erməni soyqırımı" ifadəsini silsələrdə siyasi möhtəkirlikdən heç vaxt əl çəkməyəcəklər.

N.Qaramanlı

Oxşar xəbərlər