“Sputnik-Armenia” xəbər verir ki, bunu o, İrəvanda çexiyalı həmkarı Marketa Pekarova Adamova ilə birgə mətbuat konfransında deyib.
O, hakimiyyətin Azərbaycanın təzyiqi ilə ölkənin əsas qanununu dəyişmək istəməsinə dair iddiaları təkzib edib: “Biz başa düşməliyik ki, ölkəmiz hansı məqsədləri güdür, Ermənistan Respublikası bunun üçün mövcuddur”.
Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 19-da keçirilən hökumətin iclasında bildirib ki, ölkəyə yeni geosiyasi və regional şəraitdə ölkəni daha rəqabətli və həyat qabiliyyətli edəcək fundamental qanun lazımdır. (Report)