19.08.2025, 19:49
AZ EN
03.10.2023, 15:31 387

Rusiya Ermənistanı necə cəzalandıracaq?

XƏBƏRLƏR

Erməni KİV-ləri xəbər verir ki, Ermənistan parlamenti 60 səs lehinə, 22 səs əleyhinə olmaqla Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusunu təsdiqləyib. Qərarın əleyhinə səs verənlər isə "Hayastan" və "Şərəfim var"(?) müxalif fraksiyaları olub. Erməni parlamentinin beynəlxalq münasibətlər daimi komissiyasının sədri Sərkis Xandanyan bu radifikasiyanın Ermənistanla Rusiyanın münasibətlərinə xələl gətirməyəcəyini bildirsə də həm Ermənistanda, həm də Rusiyada bunun belə olmayacağını proqnozlaşdıran politoloqlar da az deyil. Vurğulanır ki, Rusiya bu hərəkətinə görə Ermənistanı mütləq cəzalandıracaq. Təki belə olsun. Gözləyək, görək Kreml haylara zərbəni nə vaxt, necə və haradan endirəcək.

Nəsib

Oxşar xəbərlər