Daha sonra o, baş nazir Nikol Paşinyanın siyasətdə diletant olduğunu xüsusi vurğulayıb və belə bir doğru fikir irəli sürüb ki, Azərbaycan Qarabağdakı ermənilərin reinteqrasiyasında maraqlıdır və bunu dəfələrlə müxtəlif yerlərdə bəyan edib. Əlavə edib ki, amma ermənilərin öz evlərini buraxıb Ermənistana gəlməsini məhz İrəvandakı rəsmilər təşviq edir. Bu məqsədlə yaradılmış Humanitar mərkəzdə onların ucqar bölgələrdə yerləşdirilməsi prosesi də məhz nikolçular tərəfindən irəli sürülən və həyata keçirilən işdir. "Məqsəd isə Azərbaycanla sülh müqaviləsinin erməni sakinlərsiz hazırlanıb imzalanmasıdır", - deyə o, hakimiyyətin istefasına nail olunmasını ədalətin təntənəsi kimi qiymətləndirəcəyini də vurğulayıb.
N.Qaramanlı