27.06.2025, 07:48
AZ EN
06.09.2023, 16:09 254

Rusiyalı ekspert: “ABŞ-Ermənistan təlimləri Moskva ilə İrəvan arasında münasibətlərə zərbədir”

XƏBƏRLƏR
  • “Emənistanla ABŞ-ın keçirəcəyi birgə təlimlər İrəvanın Moskvaya qarşı xəyanətidir”.

Bunu rusiyalı siyasi ekspert Yevgeni Mixaylov deyib.

O qeyd edib ki, Ermənistanın bu qərarı Moskva ilə İrəvan arasında ikitərəfli münasibətlərə zərbədir.

“Bu, Azərbaycan və Rusiyanın maraqlarını daha da yaxınlaşdırır. İki ölkə razılaşmalara dəqiq əməl edir və 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli bəyanatı yerinə yetirirlər, Ermənistan isə buna əməl etmir", - ekspert bildirib.

Qeyd edək ki, Ermənistan müdafiə nazirliyi sentyabrın 11-dən 20-dək ölkə ərazisində ABŞ-la birgə hərbi təlimlər keçiriləcəyi barədə xəbər yayıb. (Report)

Oxşar xəbərlər