28.06.2025, 00:33
AZ EN
05.09.2023, 07:00 349

Ermənistanın müxalifət lideri: “Paşinyan ölkəni parçalayacaq”

XƏBƏRLƏR
  • “Baş nazir Nikol Paşinyan Ermənistanı KTMT ilə NATO arasındakı münaqişənin mərkəzində qoyub. Bu o deməkdir ki, ölkəmiz parçalanacaq”.

Bunları “Ermənistan” alyansın lideri, parlamentin keçmiş deputatı Andranik Tevanyan deyib.

Ağsaqqallar Şurası seçkilərində iştirak edən yeganə qurumun - “Ermənistan” alyansının rəhbəri hakimiyyəti tamamilə dəyişməyi təklif edib.

O qeyd edib ki, alyansın üzvləri ev-ev, həyət-həyət gəzərək həyəcan təbili çalır. Tevanyanın sözlərinə görə, Ermənistanın mövcudluğu təhlükə altındadır. (Report)

Oxşar xəbərlər