27.06.2025, 17:27
AZ EN
30.05.2023, 10:38 324

Ermənilər daha bir hərəkat yaradıb

XƏBƏRLƏR
  • Mayın 28-də bir neçə erməni ictimai fəal "Ana Ermənistan" adlı yeni ictimai-siyasi hərəkatın yaradılması barədə açıqlama veriblər.

Təşəbbüskar sırasında uzun illər Ermənistan KP MK-nın birinci katibi işləmiş,1999-cu ilin payızında parlamentin sədri olarkən terrora məruz qalmış Karen Demirçyanın oğlu Stepan Demirçyan da var.

O,"Hraparak" ın müxbiri Koryun Simonyanla söhbətində siyasi partiyaların xalqı düzgün istiqamətləndirmədiyini, hakimiyyətin isə dövlətçiliyə zidd siyasət yeritdiyini bildirərək bütün səy və bacarıqlarını Ermənistanın bir dövlət kimi varlığına və qüdrətlənməsinə həsr edəcəklərini bildirib.

Müxbir xatırladır ki, digər partiyalar bu hərəkatın yaradılmasını indiki şəraitdə yalnız parçalanmaya xidmət edəcəyini ehtimal edir.

Nəsib

Oxşar xəbərlər