Qeyd edək ki, Malik Həsənov 2011-2012-ci illərdə yeniyetmələr arasında, 2020-2025-ci illərdə kişilər arasında 6 dəfə Azərbaycan çempionu olub. İdmançımız 2024-cü ilin aprel ayında Serbiyanın Belqrad şəhərində keçirilən Avropa Çempionatında üçüncü yerə layiq görülərək bürünc medal qazanıb. 2023-cü ildə Avropa kubokunun finalçısı, 2024-cü ildə kişilər arasında Avropa çempionatının bürünc mükafatçısı, 2024-cü ildə dünya təsnifat mərhələsinin qalibi olaraq 2024-Fransa Yay Olimpiya oyunlarına lisenziya qazanaraq olimpiya iştirakçısı olub. M.Həsənov həmçinin 2024-cü ilin may-iyun aylarında Tailandda keçirilən 2-ci Dünya Olimpiya Təsnifat Turnirində də lisenziyaya sahib olub.
Mina RƏŞİD