Yaylagül Ramazanova "Qafqazinfo"ya bildirib ki, ana olmağa hazırlaşmağı yarış zamanı ona güc verib.
“Mərhələ adlamaq, qələbə qazanmaq kimi məqsədlər var idi. Ölkəmə medal qazandırmaq, üçrəngli bayrağımızı dalğalandırmaq əsas hədəflərdən idi. Amma buradakı rəqiblər sayılıb-seçilən idmançılardır. Olimpiadada zəif rəqib yoxdur. İlk rəqibim çinli idmançı idi. Xala-xal pirinsipi ilə mübarizə getdi. 1/16 mərhələyə adladım, hər şey yaxşı idi. Hədəf qalib olmaq idi”.
O, yarışlardakı ikicanlı iştirakını belə ifadə edib: “Tribunada azarkeşlərin rəğbətini qazanmağım çox gözəl idi. Bu olimpiadada mənimlə yanaşı, misirli qılıncoynadan xanım da 7 aylıq hamilədir.
Deməli, bu olimpiadadakı iki ən gənc iştirakçı hələ doğulmayan 7 aylıq körpələrdir.
Övladımın olimpiadada olması gələcəyin işidir. Bizim ailədə həm idmançılar, həm də incəsənət insanları var. Seçim onun olacaq. Əsas olan vətənini sevən, layiqli övlad yetişdirməkdir”.
Hazırladı: Tahirə AĞAMİRZƏ