Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndəsi Yasin Arslan deyib.
Onun sözlərinə görə, "MEMATT" minatəmizləyən texnikası 500 metr məsafədən idarə olunur:
"Texnika saatda 4 km sürətlə irəliləyə bilir. Torpaq qatının 25 sm dərinliyə qədər enib təmizləmə işləri aparır. 1,7 metr eni, 1 km uzunluğu olan ərazini 1 saat ərzində minalardan təmizləmə qabiliyyətinə malikdir".
Y.Arslan onu da bildirib ki, Azərbaycan tərəfində texnikaların istifadə qaydası ilə bağlı təlim də keçirilib:
"İşğaldan azad olunmuş bütün rayonlarda bu texnikalardan istifadə edilir. Hazırda işlərimiz Ağdam və Füzulidə daha intensiv şəkildə davam etdirilir. Çünki hədəf bu torpaqları tez bir zamanda normal qaydaya salmaqdır". (Report)