Abaran rayonu Qərbi Azərbaycanın Abaran mahalı ərazisində yerləşir. 1930-cu il sentyabrın 9-da yaradılan rayonun adı 1935-ci il yanvarın 3-nə kimi Abaran, sonra isə Aparan rayonu adlandırılmışdır. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 59 km-dir. Rayon ərazisinin əsas hissəsini Abaran düzənliyi təşkil edir. Rayon ərazisindən Qarasu (Sev-Cur) çayının sol qolu olan Abaran (Kasax) çayı axır. Uzunluğu 98 km olan çay öz başlanğıcını Qərbi Azərbaycanda ən hündür dağ olan Alagöz (hündürlüyü 4090 m), (Araqats) dağının yamacından götürür. 1970-ci illərdə rayon ərazisinin bir hissəsi Hamamı (Spitak) rayonunun bir hissəsi ilə birləşdirilərək ayrıca Araqats rayonu da yaradılmışdır.
Abaran rayonunun mərkəzində türk məbədi olan Kasax bazilikası da mövcud olmuşdur.
İsa MUSAYEV