17.06.2025, 06:18
AZ EN
26.08.2023, 13:12 312

Qərbi Azərbaycan, İlanlı kəndi

QƏRBİ AZƏRBAYCAN

Qars vilayətinin Qars qəzasında, indiki Amasiya rayonunun tərkibində olan İlanlı (Çaybasar) kəndi rayon mərkəzindən 17 km şimal-şərqdə, Arpaçayın sağ sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim İlanlı etnonimi əsasında yaradılmışdır. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kəndin sakinləri kimi qarapapaqlar göstərilir və onlar xalq kimi qeyd edilir. Amma Amasiya rayonunda yaşayan qarapapaqlar azərbaycanlıların bir qrupu olmaqla azərbaycan xalqını ifadə etmişdir. 1914-cü ildə kənddə 276 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1916-1918-ci illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Sovet hökuməti qurulandan sonra kəndi tərk edənlərdən bəzi sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişlər. Burada 1987-ci ildə 505 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin sonları və 1989-cu ilin əvvəllərində azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilərək Çaybasar qoyulmuşdur. 19.IV.1991-ci ildə Ermənistan prezidentinin fərmanı ilə kəndin adı yenidən dəyişdirilərək Aravet olmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR