05.08.2025, 17:16
AZ EN
16.05.2023, 17:36 377

Qafan rayonun Pircavidan kəndi

QƏRBİ AZƏRBAYCAN

Pircavidan kəndi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənddir. Rayon mərkəzindən 37 km şimal-qərbdə, Oxçu çayının sağ sahilində yerləşən bu kəndin adı mənbələrdə Pirdavdan, Pirdovudan formalarında qeyd edilmişdir. Lakin kəndin əsl adı "Pircavidan"dır. 1914-cü ildə kənddə 360 nəfər azərbaycanlı yaşamışdır. Ancaq 1918-ci ildə azərbaycanlılar təcavüzə məruz qalaraq deportasiya olunmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Statistik məlumatlara görə 1922-ci ildə burada 19 nəfər azərbaycanlı yaşamışdır. Sonralar kənd Gecalan şəhərinə birləşdirilmişdir. Bununla da kənd yaşayış məntəqəsi kimi ləğv edilmişdir. Toponim Babəkin qəhrəmanlarından olan Cavidanın adı ilə bağlıdır. Sözün mənası "Cavidana aid olan pir, Cavidan piri" deməkdir. Tədqiqatçılar qeyd edirlər ki, Qafan rayonu ərazisində Babəkin Bəzz qalasının olması da yuxarıdakı fikri təsdiqləyir. XIX əsrin sonunda 8-ci imam Rzanın nəvəsi Mir Davudun məqbərəsi də burada yerləşib. Lakin hər iki abidə ermənilər tərəfindən dağıdılıb.

İsa Musayev

Oxşar xəbərlər