17.06.2025, 03:21
AZ EN
30.03.2023, 23:00 265

Ekoaksiya: Sülhməramlıların daha beş avtomobilinin ərazidən keçidi təmin edilib

ŞƏRQİ ZƏNGƏZUR
  • Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

Laçından Xankəndiyə və əks istiqamətə doğru hərəkət edən sülhməramlılara məxsus beş avtomobil aksiya ərazisindən maneəsiz keçib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.("AZERTAC")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR