Bu barədə Qubadlı rayon icra hakimiyyəti aparatında Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsində Böyük Məsləhətçi Vüqar Həsənov məlumat verib.
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqovun tapşırığı və köməkliyi ilə rayonun Zilanlı, Xudular, Sarıyataq, Bəxtiyarlı və Xıdırlı kəndlərində ermənilər tərəfindən məzarları dağıdılmış 5 nəfər şəhidimizin qəbirüstü abidələri yenidən tam bərpa olundu.
Xudular kənd qəbiristanlığında şəhid Ağayarov Mehman Museyib oğlunun, Sarlyataq kənd qəbiristanlığında şəhid Haqverdiyev Şahverdi Hümmət oğlunun, Bəxtiyarlı kənd qəbiristanlığında şəhid Zeynalov Rasim Yanvar oğlunun, Xıdırlı kənd qəbiristanlığında şəhid Xudiyev Heydər Atakişi oğlunun və Zilanlı kənd qəbiristanlığında şəhid Səfərov Rəfail İsi oğlunun qəbirüstü abidələri yenidən tam bərpa olundu.
Qeyd edək ki, məzarları Qubadlıda olan bütün şəhidlərimizin qəbirüstü abidələri rayon İcra Hakimiyyəti tərəfindən bərpa olunur, bu istiqamətdə işlər davam etdirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ