17.06.2025, 06:32
AZ EN
28.04.2025, 17:47 148

Qarabağa sərbəst gediş-gəliş təmin oluna bilər

ŞƏRQİ ZƏNGƏZUR
  • "İşğaldan azad olunmuş ərazilərə "viza" ilə gediş-gəlişə son qoyulmalıdır".

"Vətən səsi" xəbər verir ki, bu çağırışla deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxış edib. Həm də Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri olan deputat "Moderator.az"a müsahibəsində iqtidar tərəfindən siyasi partiya rəhbərlərinin işğaldan azad olunmuş rayonlara səfərlərinin təşkil olunmasında da danışıb. O, siyasətçilərin və ictimaiyyət nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin təşkil olunmasını müsbət hal kimi dəyərləndirib: "Qarabağa səfər hər bir azərbaycanlının arzusudur, partiya sədrlərinin səfəri də onların xahişi ilə baş tutur. Məsələn, üzrlü səbəbdən özüm qatıla bilməsəm də (pariya rəhbərliyindən iki nəfər qatılmışdı) Xankəndiyə səfərin təşkil olunmasını xahiş edənlərdən biri də mən idim. Burda pis olan nədir?!"

Qüdrət Həsənquliyev əlavə edib ki, Qarabağ və Şəqri Zəngəzura sərbəst gediş-gəlişin təmin olunması üçün prosedur qaydalara yenidən baxılmasının və xüsusi icazə sisteminin ləğvinin vaxtı çatıb. Onun fikrincə, artıq ölkə vətəndaşlarının işğaldan azad olunmuş ərazilərə sərbəst gediş-gəlişinə məhdudiyyətlərə ehtiyac yoxdur: "İşğaldan azad olunmuş ərazilərə "viza" ilə gediş-gəlişə son qoyulmalıdır. Havalar qızır, hər kəsə imkan yaradılmalıdır ki, gedib Şuşada, Xankəndidə , Kəlbəcərdə, Laçında və işğaldan azad olunmuş digər ərazilərdə dincəlsin, oralarda gəzsin".

Millət vəkili həmçinin hökuməti torpaqlarımızın işğalına son qoyulmasında həyatını qurban vermiş şəhidlərin ailələrinə azad olunmuş ərazilərdə fərdi yay evlərinin tikintisi üçün 8-10 sot torpaq sahəsi ayırmağa çağırıb.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR