04.08.2025, 18:24
AZ EN
06.06.2024, 08:42 398

Zəngilan rayonu, Xumarlı kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Zəngilan rayonunun Alıbəyli kənd inzibati ərazi dairəsində olan Xumarlı kəndi Həkəri çayının sahilində yerləşir. Tədqiqatçıların bir qismi oykonimi XIII-XIV əsrlərdə adı çəkilən qumar tayfasının adı ilə, digər qismi isə Xumar şəxs adından yaranmış nəsil adı ilə əlaqələndirirlər. Hər iki halda etnotoponimdir.

1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal dövründə kənd erməni vandalizminə məruz qalmışdır.

Xumarlı kəndi 2020-ci il oktyabrın 21-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər