04.08.2025, 18:35
AZ EN
21.12.2023, 08:36 475

Qubadlı rayonu, Kürd Mahruzlu kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Qubadlı rayonunun Mahruzlu kəndi Həkəri çayının sahilində, dağ ətəyi düzənlikdə yerləşir. Bu kəndə Mahrızlı, Mafruzlu da deyilir.

Mənbələrdə qeyd olunur ki, kəndin adı mahrızlı tayfası ilə əlaqədardır. Əsl adı "Kürd Mafruzlu" olmuşdur.

Yaşayış məntəqəsi 1820-ci ildə Cənubi Azərbaycandan köçüb gəlmiş mafruzlar tərəfindən salınmışdır.

Mahruzlu kəndində qədim məscid də mövcud olub. İşğala qədər məscid yararlı vəziyyətdə qalırdı. Sovet dövründə anbar kimi istifadə olunan məscid sonradan camaat tərəfindən bərpa olunmuşdur.

Mahruzlu kəndi 1993-ci ilin avqust ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

23 oktyabr 2020-ci il oktyabrın 23-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər