Bu barədə universitetin məlumatında bildirilib.
Görüş zamanı tədris prosesinin keyfiyyəti, tədqiqat və innovativ fəaliyyətlərin təşkili, tələbələrlə işin effektivliyi, sənaye və biznes sektoru ilə əməkdaşlıq imkanları, eləcə də beynəlxalq əlaqələrin genişləndirilməsi məsələləri ətraflı müzakirə olunub.
Şahin Bayramov fakültənin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək heyətin potensialını və strateji hədəflərə fokuslanmasını xüsusi vurğulayıb.
Görüşdə həmçinin gələcəkdə tədris proqramlarının təkmilləşdirilməsi, elmi araşdırmaların genişləndirilməsi və tələbələrin peşəkar inkişafının dəstəklənməsi istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb.
Görüşlərin keçirilməsində məqsəd universitetin inkişaf strategiyasının həyata keçirilməsi və fakültələrin fəaliyyətinin daha da təkmilləşdirilməsindən ibarətdir.
Tahirə AĞAMİRZƏ