Bu sözləri Xocalının Daşbulaq kənd sakini İlhamə Novruzova deyib.
Köçkünlük illərinin artıq geridə qaldığını, doğma yurduna qayıtdığını bildirən İlhamə xanım bu qürurlu günləri digər keçmiş məcburi köçkünlər üçün də arzulaylb: "Çox gözəl anlardır, biz artıq öz evimizdə yaşayırıq. Xalqımıza da təşəkkür edirik. İllərlə bizə qucaq açdılar. Artıq biz öz yurdumuzda, doğma Qarabağdayıq”, - deyə o əlavə edib. (AZƏRTAC)