06.08.2025, 16:00
AZ EN
06.08.2025, 12:49 5

Diaspor Gənclərinin VI Yay Düşərgəsində “İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işləri” mövzusunda panel təşkil olunub

QARABAĞ
  • “Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində növbəti panel müzakirəsi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işlərinə həsr olunub.

Panel Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyevin moderatorluğu, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədovun, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynovun və Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında “Tikinti, bərpaetmə və idarəetmə xidməti” Publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimlinin iştirakı ilə baş tutub.

Çıxışçılar “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı infrastruktur layihələri, ağıllı kənd və şəhər modelləri haqqında geniş məlumat veriblər. Yol və kommunikasiya xətlərinin çəkilişi, sosial obyektlərin inşası, həmçinin təbii və mədəni irsin bərpası istiqamətində həyata keçirilən kompleks tədbirlərdən danışıblar.

Tədbir işğal müddətində erməni terroru nəticəsində maddi obyektlərə, tarixi abidələrə dəyən zərərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun rolu və digər mövzularda müzakirələrlə davam edib. Gəncləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Xankəndidə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb. (Trend)

Oxşar xəbərlər