04.08.2025, 18:20
AZ EN
28.07.2025, 16:34 225

Keçmiş məcburi köçkün: Bu gün çox xoşbəxtəm, yurd həsrəti sona çatdı

QARABAĞ
  • Köçkünlük illərində doğulub boya-başa çatdığım yurdumun həsrətini çəkir, bu yerlər üçün çox darıxırdım. Kəndimin cığırlarını, yollarını, ağaclarını, bulaqlarını düşünürdüm. Bu gün çox xoşbəxtəm, yurd həsrəti sona çatdı.

Bu sözləri müsahibəsində Xocalının Ballıca kəndinə köç edən Şahmar Həsənov deyib.

“Otuz iki ildən sonra yurdumuza sevinə-sevinə qayıdırıq. Sevincimizin həddi-hüdudu yoxdur. Bu hissləri bizə yaşadan Prezidentimizə minnətdarlığımı bildirir, Allahdan şəhidlərimizə rəhmət, qazilərə cansağlığı diləyirəm”, - deyə o qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər