O, 18 yaşında ailəsi ilə birlikdə tərk etmək məcburiyyətində qaldığı Xankəndidən Goranboya köç edib. Burada dərzilik fəaliyyətinə başlayıb.
Torpaqlarımız işğaldan azad edildikdən sonra öz təşəbbüsü ilə doğma yurda - Xankəndiyə qayıdıb və hazırda əmək fəaliyyətini orada davam etdirir.
Aydın Quliyev deyir ki, mənim 18 yaşım olanda məlum hadisələr baş verdi və biz məcburən çıxmışdıq burdan.
Məcburi köçkün kimi Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məckunlaşmışdıq: “2019-cu ildə Məşğulluğun xətti ilə mənə dərzi ləvazimatları, tikiş maşınları verilmişdi. Sentyabr ayından sonra Dövlət Məşğulluq Agentliyinə müraciət elədim ki, mən Xankəndidə fəaliyyətimi davam etdirmək istəyirəm. Çox sağ olsunlar. Onlar da dövlətin xətti ilə mənə bu şəraiti yaratdılar, mən Xankəndiyə gəldim. Hal-hazırda Xankəndi şəhərində dərzilik fəaliyyəti ilə məşğulam. Şükür bu günümüzə, öz doğma Vətənimizə qayıtmışıq, burdayıq. Bura gələndə evimizi də tapdıq. Sadəcə olaraq mənfur düşmənimiz burda çox dəyişikliklər edib, özününküləşdirmək üçün çox işlər görüblər. Binalarda istədikləri kimi dəyişiklik ediblər. Həyət evlərində də eləcə. Hər bir yedə istəyiblər ki, hər şeyi özününküləşdirsinlər ki, guya həqiqətən də bu şəhərin sakinləri olublar. Amma əksinə, onlar bura gəlmə idi. Bura azərbaycanlıların torpağı idi, biz yaşamışıq burda.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Ali Baş Komandanımıza uzun ömür versin. Bu gözəl şəhərdə yaşamağın özü bizim üçün qürurverici bir hissdir”.
Tahirə AĞAMİRZƏ