Təlimin keçirilməsində məqsəd əməkdaşların elmi fəaliyyətə marağını artırmaq, elmi yaradıcılıq prosesində istifadə olunan müasir metod və yanaşmalar barədə məlumatlılığını genişləndirməkdir.
Universitetin Elm şöbəsinin müdiri Elçin İbrahimovun spikerliyi ilə baş tutan təlimdə əməkdaşlara tədqiqatın planlaşdırılması, problem və məqsədin müəyyən edilməsi, uyğun metodların seçilməsi və nəticələrin təhlili kimi bir sıra vacib mövzular təqdim edilib.
Tahirə AĞAMİRZƏ