27.06.2025, 05:59
AZ EN
18.04.2025, 16:02 233

Tacikistan səfiri: Azad edilmiş ərazilərin yüksək templə inkişafının şahidi olduq

QARABAĞ
  • Azərbaycanın Xarici İşlər Nazirliyinin dəvəti ilə səfərimiz zamanı bu regionun yüksək templə inkişafının şahidi olduq.

Bunu Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon deyib.

“Mən ilk dəfə deyil ki, Qarabağa gəlirəm. Həm ötən il, həm də bu il diplomatik korpusların təmsilçiləri və rəhbərləri ilə bura gəlmişdik. Şuşa, Ağdam və Zəngilan şəhərlərini ziyarət etmişik. Bu şəhərlər mənim çox xoşuma gəldi. Bizim Xankəndi şəhərinin necə inkişaf etdiyini görmək imkanımız oldu. Azərbaycanın Xarici İşlər Nazirliyinin dəvəti ilə səfərimiz zamanı bu bölgənin yüksək templə inkişafının şahidi olduq. Biz Azərbaycana çiçəklənmə arzulayırıq. Düşünürəm ki, bu region daha da inkişaf edəcək. Həm yerli, həm də əcnəbi vətəndaşlar Qarabağın tamamilə yenilənmiş simasını görə biləcək”, - diplomat qeyd edib. (APA)

Oxşar xəbərlər