27.06.2025, 22:24
AZ EN
18.08.2023, 17:35 417

Qarabağın erməni sakinləri Laçın postundan növbəti dəfə maneəsiz keçiblər

QARABAĞ
  • Bu gün Laçın DSBM-dən (Dövlət Sərhəd Buraxılış Məntəqəsi) Gorus-Xankəndi istiqamətində Qarabağ ermənilərinin növbəti keçidi təmin edilib.

Ümumilikdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus-8 nəqliyyat vasitəsi ilə 24 nəfərin sərbəst, heç bir maneə ilə üzləşmədən keçidi baş tutub.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

Qeyd edək ki, Qarabağın erməni əhalisinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Həkəri çayının üzərində Azərbaycan Ermənistan sərhədində fəaliyyət göstərən “Laçın” dövlət sərhəd buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb. Xankəndidən Gorus istiqamətində mülki vətəndaşların buraxılış məntəqəsində rəsmiləşdirilmə prosesi həyata keçirilib. (Trend)

Oxşar xəbərlər