Bunu Şuşa şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini, İşçi qrupun rəhbəri Vüqar Kərimov deyib.
“Eyni zamanda, Zəngilan rayonu ərazisində Cahangirbəyli, Xurama qum-çınqıl yataqlarında, Qubadlı rayonu ərazisində Muğanlı tikinti materialları yataqlarında, Ağdam rayonu Xaçınçay qum-çınqıl yatağında və Qubadlı rayonu ərazisində Muradxanlı qum-çınqıl yatağında geoloji qiymətləndirmə işləri başa çatdırılaraq müxtəlif tikinti və yol infrastrukturlarının qurulması sektorlarında istifadəyə verilib” – deyə V.Kərimov bildirib. (AZƏRTAC)