05.08.2025, 05:47
AZ EN
04.04.2023, 14:41 401

Şuşa rayonu, Allahqulular kəndi

QARABAĞ

Allahqulular kəndi Şuşa rayonunun Səfixanlar kənd inzibati ərazi dairəsinə daxildir. Kənd Xəlfəliçayın sahilində, düzənlikdə yerləşir. Kəndin keçmiş adı Allahquluuşağı olmuşdur. Yerli adamlar bildirirlər ki, bu kəndi XIX əsrin əvvəllərində Qarabağ xanı Mahmudqulu xana mənsub xəlfəli elatının allahquluuşağı nəsli salmışdır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Alıqulular kəndi alınaraq Səfixanlar kənd Sovetinin tərkibinə verilmişdir. 25 mart 2023-cü il tarixində Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində bir sıra yüksəkliklər, ətraf ərazilər, həmçinin, Allahqulular kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdir.

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR