05.08.2025, 16:22
AZ EN
12.11.2022, 10:05 327

Ağdam rayonunun Şirvanlı kəndi

QARABAĞ
  • AZƏRTAC Ağdam rayonunun işğal dövründə erməni vandalizminə məruz qalmış Şirvanlı kəndinin görüntüləri təqdim edib. Şirvanlı kəndi rayon mərkəzindən şimal-şərqdə yerləşir, Kəngərli kənd inzibati ərazi dairəsinə daxildir.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb.

 

 

Oxşar xəbərlər