08.02.2026, 22:35
AZ EN
11.12.2025, 16:35 330

Xocalının Badara kəndi: Tarixi, coğrafiyası və keçdiyi mərhələlər

QARABAĞ
  • Xocalı rayonunun dağlıq ərazisində yerləşən Badara kəndi təkcə coğrafiyası ilə deyil, həm də tarixi-mədəni yaddaşı ilə seçilir. Qarabağ silsiləsinin ətəyində, Badara çayının sol sahilində yerləşən bu kənd qədimdən bəri bölgənin mühüm yaşayış məntəqələrindən biri olub.

Badara kəndi rayon mərkəzi – Xocalı şəhərindən 15 kilometr məsafədə yerləşir. Adının mənşəyi Azərbaycanın dağlıq ərazilərində istifadə olunan “badar” sözündən gəlir və “kiçik əkin sahəsi olan yer” mənasını verir. Tarixi mənbələrdə bu əraziyə “Badarat” kimi rast gəlinir. XIX əsrdə Qarabağ xanı İbrahim xanın mülkləri sırasında da kəndin adı qeyd olunub.

1828-ci ildə İrandan köçürülmüş ermənilər bu kənddə yerləşdirildikdən sonra kəndin adı dəyişdirilərək “Ptresek” adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilədək Ermənistanın işğalı altında qalan Badara kəndi 44 günlük Vətən müharibəsi nəticəsində azad olunub.

Hər daşına, hər qayasına, hər bir döngəsinə, cığırına şəhid qanı hopan Badara kəndi bu gün də Qarabağın qədim tarixinin və dirçəlməkdə olan torpaqlarının bir parçası kimi öz doğma sakinlərinə qucaq açır...

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər