16.12.2025, 03:34
AZ EN
09.12.2025, 09:18 239

Tariximizin qan yaddaşı – Tuğ kəndi

QARABAĞ
  • Azərbaycan illərlə işğalda qalan öz tarixi torpaqlarını düşməndən azad etməklə həm də öz keçmişinə, qədim mədəniyyətinə qovuşdu. Bunu Tuğ kəndinə ayaq basınca daha aydın hiss etmək olur. Azərbaycanın bu qədim kəndi təkcə gözəl təbiəti olan bir yer, ərazi deyil, həm də o tariximizin qan yaddaşıdı. Bu torpağın az qala hər qarışında bir memarlıq abidəsi, qədim mədəniyyət incisi dil açıb danışır. Azərbaycan televiziyasının Həftə proqramı da bu günlərdə Tuğ kəndindən maraqlı bir süjetlə tamaşaçıları bu gözəl məkana səyahətə dəvət etdi...    

Tuğ kəndi ucsuz-bucaqsız dağ silsiləsinin qoynunda yerləşir. Onun adı orta əsrlərdən bəri tarixə yazılıb. Tuğ həm təbii gözəllikləri, həm də memarlıq abidələri ilə zəngindir. Bura Qafqaz Albaniyasının qədim dini irsinin toplandığı nadir bir məkandır. Kənddə hər köhnə cığır insanı sanki nağıllar dünyasına aparır. Məsələn, bu cığırla gedib Stefan kilsəsinə çıxırıq. Bu qədim kilsə düzbucaqlı formada olub, uzunluğu 12, eni 7 metrdir. Onun ətrafında qədim qəbiristanlıq yerləşir. İllərlə düşmən tapdağında qalan kilsə uçulub-dağıdılıb. Tikili yarıya qədər torpaqla örtülüb. Göründüyü kimi, kilsənin tikintisində kobud yonulan daşlardan istifadə edilib. Kilsə qədim bütpərəst məbədin yerində, elə həmin məbədin qalıqlarından inşa edilib. Kilsənin divarlarında 51 xaç daş var, bunlar ənənəvi alban daşlarıdır.    

Tuğ kəndində daha çox bəylər yaşayıb. Bu yarıuçuq olsa da əzəməti hiss edilən tikili Mehdi bəyin malikanəsi olub. Malikanənin 40-dan çox otağı var. Bura sonralar məktəb kimi istifadə edilib...

Bu da Tuğ İncəsənət Evidir. Bura bir vaxt Rəssamlıq məktəbi kimi fəaliyyət gösərib. Dağıdılmış binanın divarlarında xalça və kələğayı üzərindəki naxışlara bənzəyən nümunələr var. Bu da kəndə məxsus ənənəvi dekor tərzidi. Tuğ dağlıq ərazidə yerləşir. Kilsənin qərb hissəsi qaya üzərində, şərq hissəsinin təməli isə yerdən qoyulub. Kilsə ərazisində müxtəlif yerlərdə rəsmlər və qayalıq sonradan yaradılıb. Bu 3 kilsədən ən qədimi İohann kilsəsidir. Bu ölkə əhəmiyyətli abidədə  daşyonma sənətinin nümunələri olan sənduqə tipli qəbirlər var...  

Ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə Tuğ kəndinin mühafizə edilməsi və mədəni turizm destinasiyasına çevrilməsi Tuğ dövlət tarix, mədəniyyət və təbiət qoruğu yaradılıb. Bərpa və konservasiya işləri aparıldıqdan sinra Tuğun mədəni irsi, həm yerli sakinlər, həm də ziyarətçilər üçün tam şəkildə əlçatan olacaq.

Tuğ adi bir kənd, ərazi deyil, tarixin izidi, o bizi keçmişə aparır. Burada yenə səhnədə tamaşalar canlanacaq və evlərin işığı yanacaq...

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər