26.09.2025, 02:56
AZ EN
15.08.2025, 14:01 286

Bu gün Şişqaya və Daşbaşı faciəsi şəhidlərinin anım günüdür

QARABAĞ
  • Tariximizin qanla yazılmış səhifələri var ki, hər dəfə xatırladıqca həm kədər, həm də qürur hissi yaşadır. 1992 və 1993-cü illərin 15 avqust günləri hamımızın yaddaşında silinməz izlər buraxıb. 1992-ci ildə Şişqaya və 1993-cü ildə Daşbaşı istiqamətində gedən şiddətli döyüşlərdə Cəbrayıl rayonunun onlarla igid oğlu Vətən uğrunda canından keçərək əbədiyyətə qovuşub.

Onlar ailələrindən, gənclik arzularından, sevdiklərindən keçib torpaqlarımızı qorumağa qalxdılar. Bu yolda mərdliklə vuruşaraq ən uca zirvəyə – Şəhidlik məqamına ucaldılar. Onların qəhrəmanlığı və fədakarlığı bizə yalnız keçmişi deyil, gələcəyi də qorumağın nə qədər müqəddəs bir borc olduğunu xatırladır.

Şəhidlərimizin hər biri bir dastan, bir tarix, bir fəxarət örnəyidir. Onlar Vətən adlanan müqəddəs torpağın simvoluna çevriliblər. Biz bu torpaqlarda azad, başıuca yaşaya biliriksə, bu, onların canı bahasına mümkün olub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər