16.06.2025, 23:05
AZ EN
16.05.2025, 15:21 72

Şuşa ziyalıları haqqında sosial çarxlar hazırlanacaq

QARABAĞ
  • “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şuşa ziyalıları haqqında sosial çarxların hazırlanması” adlı növbəti layihənin icrasına cari ilin may ayının əvvəlindən start verib.

Təşkilatın sədri Anar Xəlilovun sözlərinə görə, layihənin əsas ideyası Şuşanın görkəmli  şəxsiyyətlərindən olan şair, rəssam, astronom,  ədəbiyyatşünasnəqqaş, tarixçi, xəttat və musiqişünas alim Mir Möhsün Nəvvab və İkinci Dünya müharibəsinin iştirakçısı genral-mayor Yaqub Allahqulu oğlu Quliyevi gənc nəsilə və geniş ictimaiyyətə tanıtmaqdır. Layihə çərçivəsində Mir Möhsün Nəvvab və Genral mayor Yaqub Quliyevin həyat və yardıcıqları haqqında  videoçarxlar hazırlanacaq və geniş ictimaiyyətə təqdim olunacaqdır.

Qeyd edək ki, layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir və iyul ayının sonunadək davam edəcəkdir.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR