02.05.2025, 13:50
AZ EN
07.11.2022, 13:30 551

Xalqımızın tarixi Zəfəri

YAZILAR
  • Ölkəmizin tarixini, bu gününü və gələcəini dəyişdirən Vətən müharibəsi bizə milli birliyi, iradəni. Inamı yenidən geri qaytardı. Şəhid və qazilərimiz başqa olmaqla qürur dolu bir tarixi bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza Şanlı Ordumuza minnətdarıq! Zəfərimiz mübarək!Bir rəqəm bəzən hər şeyi dəyişdirir. Bu günü unudulmaz edən Zəfər nədir?  Uğurlu siyasət, dəqiq hesablanmış plan, güclü hərbi-texnika və göydən yağış kimi yağan güllələrin üstünə qaçan övladlardır. O övladı bilə-bilə  ölümünə yola salan anadır. Balasını isti evində buraxıb cəhbəyə yollanan atadır. Yalın əllərlə qayalara dırmaşan, qorxu hiss etmməyən əsgərdir.  Al-qanına bürünüb şəhid olacağını dərk eyələn, amma dönmək nədir bilməyən şəhiddir! Bəzən çiyninə toxunan qardaş əlidir. Dünyanın hər yerindən sevincə ortaq olan soydaşdır Zəfər! Ən qaranlıq günlərdə belə yol göstərən üç rəngli bayraqdır! Bütöb bir xalqı Dəmir yumruq kimi  birləşdirib “Qarabağ Azərbaycandır!”- deyən Liderdir Zəfər!

Milli Məslisin deputatı Ceyhun Məmmədov Azərbaycanın 44 günlük Vətən müharibəsi və Zəfər Günümüzlə bağlı  sualımızı belə cavablandırdı:

-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən hər il sentyabrın 27-si Azərbaycanın Anım günü, noyabrın 8-i isə Zəfər günü kimi qeyd olunacaq.

8 Noyabr Ali Baş Komandanımızın və rəşadətli ordumuzun Şuşanı işğaldan azad etdiyi gündür. 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsəgər və zamitlərimizin, qazilərimizin qanı-canı bahasına işğaldan azad olundu. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni diz çökdürərək, torpaqlarımızı işğaldan təmizləyərək, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!

Sərəncamda qeyd olunduğu kimi, İkinci Qarabağ savaşında düşmən hər cür təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. Azərbaycan Respublikasının suverenliyi  və ərazi bütövlüyü uğrunda gedən  mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız böyük əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Onu da xatırlatmaq yerinə düşər ki, 1905-1918 və 1988-ci illərdə də ermənilər bu cür cinayətləri müxtəlif formada törətmişlər. Məşhur bir ifadə var: “Tarix təkrarlanır”. Bəzən tarix o zaman təkrarlanır ki, ondan nəticə çıxarılmır. Bu anım gününün təsis olunmsı və  hər il qeyd olunması bu vəhşiliklərin və təxribatların unudulmaması baxımından xüsusi əhəmiyyət daşıyır.

Noyabrın 8-nin ölkəmizdə hər il Zəfər Günü kimi qeyd olunmasına gəldikdə isə Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müsir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin möhtəşəm qələbəsini təmin etdi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və  hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq  salnaməsi yazaraq, özünün qalib xalq olduğunu  bütün dünyaya sübut etdi və düşmən üzərinə tarixi zəfər çaldı.

-Ceyhun müəllim, elə yeri gəlmişkən, bu gün Şərqi Zəngəzurda infrastruktur layihələrin həyata keçirilməsi, abadlıq-quruculuq işlərinin görülməsi barədə də fikirinizi bilmək istərdik.

-Bu gün işğaldan azad olunan ərazilərdə yüksək abadlıq və quruculuq  işləri həyata keçirilir. Qısa müddətdə Füzulidə beynəlxalq hava limanın inşa olunması,  Zəngilanda “Ağıllı kənd” layihələrinin uğurla icra olunması,  Zəfər yolunun inşası, beynəlxalq əhəmiyyətli Zəgəzur dəhlizinin təməlinin qoyulması, işğaldan azad olunmuş rayonların baş planlarının hazırlanması, həmin ərazilərdə dəmir yollarının və avtomobil yollarının  sürətli çəkilişi, su elektrik stansiyalarının bərpası və  digər mühüm layihələrin icrası Prezident İlham Əliyevin gərgin və fədakar əməyinin nəticəsidir.

Qarşıda isə bizi hələ bir çox mühüm vəzifələr gözləyir. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün taleyüklü məsələlərin öhdəsindən uğurla və ləyaqətlə gəlməyi  bacaracaq. Bu işdə hər birimizin üzərinə böyük vəzifə və məsuliyyət düşür. Dövlət başçımızı öz nümunəvi fəaliyyətimizlə dəstəkləməli, hər zaman onun yanında omalıyıq. Azərbaycanda xalq-iqtidar birliyi dönməz və sarsılmazdır.

Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, fərəh, böyük qürur hissi yaşayır. Bu Zəfərlə biz Ermənistanın  30 illik işğalına son qoyduq. Qalib dövlət, qalib xalq kimi tarixə düşdük.

Zəfər Günü münasibəti ilə bütün xalqımızı səmimi qəlbdən təbrik edir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm!

Söhbətləşdi: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər