Cinayətləri cəzalandırmaqdansa, onların qarşısını almaq daha yaxşıdır
“Bura gəlib Qarabağın təhlükəsizliyi və inkişafı üçün cəbhə yaratmaq üçün Rusiya vətəndaşlığından imtina etdim. Biz böhran vəziyyətindəyik. Biz ermənilər üçün ontoloji Sərdarapat anı gəlib çatıb və çiyin-çiyinə durmasaq, dayağımız olanı itirəcəyik. Mən burada hərbçiyəm və Qarabağın müstəqilliyinin qorunub saxlanmasına və inkişafına öz bacarığımı, biliyimi və imkanlarımı sərf etməyə hazıram”, - Vardanyan süni şəkildə ağıllı körkəm alıb, yerli jurnalistlərin qarşısında çıxış edir.
Bununla belə, külli miqdarda pulların yuyulmasına və ofşorlara köçürülməsinə görə ittiham olunan və axasında uzun bir qalmaqal zənciri sürünən bu oliqarxın çıxışında Rusiya vətəndaşlığından imtina etdiyini vurğulaması Bakının heç vecinə də deyildi. Tezliklə Prezident İlham Əliyev ünvanlı danışdı və bildirdi ki, Azərbaycanda hamı hər şeyi bilir, bizimlə oyun oynamaq mənasızdır.
“Biz Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, lakin Moskvanın göndərdiyi Vardanyan kimi ciblərində rus xalqından oğurlanmış milyardlarla pul olan adamlarla deyil. O, Moskvadan çox aydın gündəliklə göndərilib”, - Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şubelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Vardanyanın sonrakı addımları Moskvanın adamının “aydın gündəlik” – RSK-nın məsuliyyəti zonasında sabitliyi pozmaq və Azərbaycanı təxribata çəkmək məqsədilə növbəti gizli quldur təşkilatı yaratmaq üçün bölgəyə gəldiyi barədə Prezident İlham Əliyevin dediklərini təsdiqlədi.
Buna görə də əvvəlki yazılarımızda artıq toxunduğumuz mövzunu bir az da inkişaf etdirmək istərdik. Söhbət Azərbaycan dövlətçiliyinə təhlükə yaratmaq yoluna qədəm qoyan terrorçu-oliqarxın ləğv edilməsi hüququndan gedir…. Üstəlik, bu barədə söz deməyə səbəb verən xeyli məlumatımız var. Bunlar Rusiya Federasiyası Prezidentinin Ruben Vardanyanın Rusiya vətəndaşlığından çıxarılması ilə bağlı bəyanatı, Rusiyanın xarici işlər naziri Lavrovun azərbaycanlı həmkarı Bayramovla görüşündə “Ruben Vardanyanın Qarabağa gedib orada siyasi fəaliyyətlə məşğul olmaq qərarının Rusiya ilə heç bir əlaqəsi yoxdur”deməsi və nəhayət, Bayramovun özünün dili ilə Bakının mövqeyinin - “Azərbaycan tərəfinin Ruben Vardanyanla heç vaxt əlaqə saxlamayacağı”nın təsdiqlənməsidir.
Əgər Vardanyan Rusiya Federasiyasının vətəndaşı deyilsə, Azərbaycan Respublikasının heç bir dövlət qurumu onu Azərbaycan ərazisinə dəvət etməyib və üstəlik də, Bakıda heç kim ona “siyasi fəaliyyətlə” məşğul olmağa icazə verməyib və oliqarx özü Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini tərk etmək istəmir, əksinə, Azərbaycan dövlətinin suverenliyinə və təhlükəsizliyinə qarşı qanunsuz hərəkətlər edir, açıq şəkildə bildirir ki, “müharibə davam edir və biz döyüşə hazır olmalıyıq”. Deməli, yalnız bir çıxış yolu var – onu aradan götürmək.
Caliber.az-ın redaktorlarını insanın yaşamaq hüququna hörmətsizlik etməkdə ucadan ittiham etmək niyyətinə düşən bəzi oxucularımızı xəbərdar etmək istəyirəm: biz yaşamaq hüququna hörmət edirik. Amma, necə deyərlər, cinayətlərin qarşısını almaq, onları cəzalandırmaqdan qat-qat yaxşıdır. Vardanyan həm azərbaycanlıların, həm də ermənilərin həyatına son qoyacaq silahlı qarşıdurmaya hazırlaşır. Vardaniyanların başladacaqları növbəti müharibədə oğullarını itirəcək azərbaycanlı anaların göz yaşlarını bir daha görməyə hazırıqmı? Bu halda qabaqlayıcı tədbirlər görmək, Vardanyanı aradan götürmək daha yaxşı olmazmı?
Təbii ki, biz burada Amerika açmırıq - dünyada məhkəməsiz edamlar kifayət qədər geniş yayılıb. Ən məşhur son hadisə Rusiya Federal Təhlükəsizlik Xidmərinin polkovnik-leytenantı Aleksandr Litvinenkonu Londonda öldürməsidir. Çoxları Litvinenkonun Lubyankadan olan keçmiş həmkarları tərəfindən radioaktiv poloniumla zəhərləndiyinə inanır - deyirlər ki, idarə ona xəyanətini və evin sirrini yaymasını bağışlamayıb. Lakin Litvinenko məsələsi yeganə hal deyil. Məsələn, İsrail bütün dünyada əlləri israillilərin qanına bulaşmış terrorçuları məhv etməklə tanınır. Məhkəmədənkənar qətllərin həyata keçirilməsi əmri, həmçinin İsrailə və israillilərə qarşı terror aktlarının planlaşdırılması və ya hazırlanması barədə məlumat əldə edildiyi halda verilir. Terror qurbanlarının ölümünə sonradan ağlamaqdansa, bir-iki terrorçunu və onların ideoloqlarını əvvəlcədən məhv etmək daha yaxşıdır.
Yeri gəlmişkən, Ermənistanın “bacısı” Fransa da məhkəmədənkənar edamlara pis baxmır. 2017-ci ildə orada prezident Fransua Ollandın Şimali Afrika, Suriya və İraqda terrorçuları məhv etmək əmri ilə bağlı qalmaqal yaranmışdı. Sonra məlum oldu ki, Fransa xüsusi xidmət orqanlarının diqqət mərkəzində “ləğv olunmağa namizədlər” çoxdur. Medianın yazdığına görə, prezident Fransua Olland İŞİD-də mühüm mövqelər tutan və Fransanın milli təhlükəsizliyinə təhdid yaradan islamçıların zərərsizləşdirilməsi ideyasını dəstəkləmişdi. Cəmi beş il hakimiyyətdə olan Olland 40-a yaxın qətlə icazə verib. Xüsusilə, DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) döyüşçüləri 2013-cü ildə Kidal şəhərində (Mali) Radio France Internationale (RFI) radiosunun iki fransız jurnalistinin oğurlanmasında və edamənda iştirak edənlərin, demək olar ki, hamısını məhv edib.
Bəs prezident Obamanın göstərişi ilə həyata keçirilən və Pakistanda bin Ladenin öldürüldüyü Amerikanın “Neptun nizəsi” əməliyyatı necə? Bəs 1988-ci ilin yazında, agentlər üç İRA döyüşçünü güllələyərkən Britaniya xüsusi xidmət orqanları tərəfindən Cəbəllütariqdə həyata keçirilən Flavius əməliyyatı haqqında nə demək olar? İllər sonra məlum oldu ki, baş nazir Tetçer terrorçuları məhv etmək əmrini agentlərə şəxsən verib.
Yəni, hətta ən demokratik dövlətlər də milli təhlükəsizliyə təhdid yaradan şəxslərə gəldikdə, bəzən məhkəmədənkənar edam kimi cəzaya əl atırlar. Bəzən bu üsul terrorla mübarizədə ən təsirli üsuldur.
Ruben Vardanyan məsələsində nəticə öz-özünə meydana çıxır. Bir halda ki, o, Azərbaycanın qanuni tələblərinə tabe olmaq və ya ölkəni tərk etmək istəmir, onda hadisələrin belə istiqamətdə gedişinə hazır olmalıdır. Azərbaycan hüquq-mühafizə orqanlarının bunun üçün kifayət qədər üsul və vasitələri var. Necə deyərlər, harda tutduruqs, orda da işini bitirirk. Ancaq bu, artıq tamamilə fərqli bir adamın leksikonundandır...
Samir VƏLİYEV,
Caliber.az.
28 dekabr 2022. 12:28.