28.06.2025, 09:26
AZ EN
18.02.2022, 14:20 273

Ermənilər başlarına yumruq istəyirlər

YAZILAR

Hər bir xalqın mentaliteti var və tarixin müxtəlif dövrlərində bu özünü bir daha təsdiqləyir. Dünyaya özünü «əzabkeş» xalq kimi təqdim etməyə çalışan və bəzi ölkələrdə istəyinə nail olan ermənilərin mentalitetləri də digərlərindən fərqlənir. Supergüclərin vasitəsilə məskunlaşdıqları ərazilərdə olan mədəni, dini abidələri özlərinə xas üsulla özününküləşdirən ermənilər Qərbi Azərbaycanda, İranda mövcud olan xristian-alban abidələrini də haylaşdırmağa nail olublar. Belə ki, iranşünas Vartan Voskanyan növbəti müsahibəsində bildirib ki, İranın Azərbaycan vilayətlərindəki kilsələrin ermənilərə məxsus olması İran rəsmiləri tərəfindən də etiraf olunmuş və bu, rəsmən sənədləşdirilmişdir. Son günlər beynəlxalq təşkilatlara müraciətlər ünvanlayaraq guya Azərbaycanın xristian abidələrini saxtalaşdırdığını və məhv etdiyini bildirən ermənilər bu məsələdə də milli mentalitetlərini açıq şəkildə ortaya qoyurlar. Qafqazda yaşamalarının 200 ili hələ tamam olmasa da, özünü buranın abori­gen əhalisi sayan ermənilərin öz çıxışlarında müsəlman dünyasına qarşı iftiralar yağdırması təəssüf ki, özünü İslamın himayədarı hesab edən İran rəsmilərinin sükutu ilə qarşılanır ki, bu da Vartan Voskanyanın dediyi kimi, iki xalqın qardaşlığından irəli gələn olaydır.

Erməni qəzetlərinin və elektron kütləvi informasiya vasitələrinin fevralın 14-dən bəri yaydığı xəbərlər də bu «əzabkeş» tayfanın aqressivliyinin heç vaxt sönməyəcəyini sübut edir. «Joğovurt» qəzeti 15 fevral tarixli sayında «Stepanakert aeroportunun (?) yenidən açılması danışıqlar mərhələsindədir» sərlövhəli yazıda göstərilir ki, separatçı qurumun rəhbərləri ruslarla apardıqları danışıqlarda sözü­gedən aeroportun istifadəyə verilməsinin zəruriliyini bildirib və separatçılar vur­ğulayıblar ki, bu aeroportun işə salınması Qarabağdakı rus sülhməramlılarının özləri üçün də əlverişlidir.

Bölgədəki siyasi reallıqdan uzaq olduqları həmişə açıq-aydın görsənən separatçıların öz istəklərinə nail olacaqlarına inanmaları isə yalnız psixoloji xəstə olduqlarını göstərir.

Fevralın 16-da separatçı qurumun «parlamentinin» «işğal olunmuş ərazilər haqqında qanun» qəbul etməsi rusiyalı politoloq Mavsim Şevçenkonun dediyi kimi onların şizofreniya xəstələri olduğunu yenidən göstərir. Separatçılar belə bir gülməli qərar qəbul etməklə dünya qarşısında kloun obrazında görünürlər. Əgər belə olmasaydı, onlar reallıqla barışıb Qarabağda yaşayan ermənilər üçün xoşbəxt gələcəyin təməlinə imza atardılar. Bəzi məsələlərdə Ermənistanla fikir ayrılığı olan bu banda son vaxtlar idarə-müəssisələrdə işləyənlərin «atıcılıq vərdişlərinin möhkəmlənməsi» üçün təlim-məşqlər keçirdikləri də elə bəzi soydaşları tərəfindən qınanır. Kənd təsərrüfatı işləri adı ilə səngərlər qazmağa çalışan separatçılar yekəxanalıqla onu da bildirirlər ki, müharibədə Ermənistan uduzub, «arsax» isə 90-cı illərdəki döyüş qabiliyyətini bərpa edir. Separatçıların belə düşüncəyə malik olmaları bu xalqın, doğrudan da, sonunun yaxınlaşdığını sübut edir.

Azərbaycanın Baş prokurorluğunun Araik Harutyunyan barədə gəldiyi qərar Ermənistanda yeni «müdafiə xətti» yaradıb. Belə ki, Ermənistan milli məclisinin insan haqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyasının sədri Takuhi Tovmasyan həm milli məclisdə, həm də jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan indiyədək Araik Harutyunyan da daxil olmaqla 300 erməni barədə sənəd hazırlayıb və müvafiq beynəlxalq təşkilatlara göndərib. Amma indiyədək bir nəfər də tutulub Azərbaycana təhvil verilməyib. Göründüyü kimi, erməni hüquq müdafiəçisi də beynəlxalq hüquqi sənədlərə deyil, ikili standartlardan əmələ gələn beynəlxalq erməni sevgisinə inanmaqdadır. Bununla bağlı sosial şəbəkə istifadəçiləri qeyd edirlər ki, «Azərbaycan dediyini edəcək. Araik Harutyunyan Bakıda sorğu-sual ediləndə yenə loğvalıqmı edəcək? Yox, o da deyəcək ki, Qarabağ Azərbaycandır!»

«Hraparak» qəzetinin 16, «Past» qəzetinin 17 fevral tarixli saylarında fevralın 21-də İrəvanda keçiriləcək «Euro Nyus» tədbirlərində Azərbaycan nümayəndələrinin iştirak edib-etməyəcəyi məsələsinə də xeyli yer ayrılıb və ermənilərin bəziləri bu fikirdədir ki, onlar gəlməli və tədbirdə iştirak etməlidirlər.

«İravunk» isə daha çox Lukaşenkonun məlum fikirlərinin şərhi ilə diqqəti cəlb edir. «Vətəndaş müqaviləsi» fraksiyasının üzvü Qaqik Melkonyan bildirir ki, «İlham Əliyev və Ərdoğan neçə illərdir ki, oxşar fikirlər bildirirlər. Biz onlara daim cavab veririk, bəzən də susuruq. Lukaşenkonun isə Ermənistana qıcanan dişlərini sözün həqiqi mənasında qırmaq lazımdır».

Erməni deputatın Belarus dövlətinin başçısını ən ağır sözlərlə təhqir etməsi bütün saytlarda yerləşdirilib və o yeni «qəhrəmana» çevrilib.

Bu həftənin olayları içərisində, «Hraparak» qəzetində dərc edilən «Eşşəkli adam yeni aksiya hazırlayır» sərlövhəli yazı və şəkil, gülməli görünsə də, bir sıra nüanslardan xəbər verir. Qeyd olunur ki, İcevan rayonunun Haçasu kəndinin sakini Seveday Qukasyan ötən il öz eşşəyi ilə kəndlərindən İrəvanadək aksiya keçirib və Paşinyanı həmin eşşəyə mindirərək şəhərdə gəzdirəcəyini bildirib. Hüquq mühafizə orqanları onu şəhərdən çıxarıblar və bir daha belə aksiya keçirərsə, həbs olunacağını bildiriblər. Qukasyan indi həmin aksiyanı öz kəndlərindən başlayıb Azərbaycanla sərhəddə qədər davam etdirəcəyini bildirir və vurğulayır ki, Paşinyan məşğul olduğuna görə palanın üstünə onun müqəvvası qoyulacaq. Bununla bağlı Tam Raz imzalı istifadəçinin yazdığı rəy maraqlı görünür: «Nikolla bu uşaqlıqda bir yerdə çox oynayıb və eşşəyi növbə ilə tərsinə miniblər. İrəvanda polislər onu məhz Nikolun tapşırığına görə həbs etməyiblər. Əksinə, yedirdib-içirdib eşşəyi ilə birgə sağ-salamat Haçasuya gətiriblər». Göründüyü kimi, ermənilər qeyri-insani hərəkətlərin mahir ustasıdırlar. Başlarına yeni yumruq dəyməyincə ağıllanmayacaqlar.  

Nəsib QARAMANLI

Oxşar xəbərlər