27.06.2025, 11:15
AZ EN
30.03.2023, 14:51 378

Ruben Vartanyan fəallaşır

YAZILAR

Separatçı rejimin rəhbərlərindən olan biznesmen Ruben Vartanyan "işdən" qovulduqdan sonra, erməni mediasında gedən xəbərlərə görə, bir müddət kirayə tutduğu evdən bayıra çıxmayaraq gələcək planlarını saf-çürük edib. O bu günlərdə müsahibə verərək Araik Harutyunyanın və digər separatçıların psevdovətənpərvər olduqlarını bildirib. Deyib ki, onlar müxtəlif üsullardan istifadə etməklə, bahalaşma edib sakinlərin cibinə girirlər. Xankəndidə yaşayan və özünü "birləşmiş vətən" partiyasının nümayəndəsi kimi təqdim edən Seyran Hayrapetyan isə Rubenə bəraət qazandırmaqla əlavə edib ki, Araikin komandası bayağı vətənpərvərlik nümayiş etdirir. O daha sonra Rubenin  komandasının da öz şəxsi maraqları naminə ümumi mənafeyə zidd olduğunu vurğulayaraq  deyib ki, belə getsə, Qarabağdakı hay əhalinin vətənpərvərliyi də ət kimi talonla olacaq. Bu isə heç bir müsbət nəticə verməyəcək.

Nəsib

Oxşar xəbərlər