28.06.2025, 15:26
AZ EN
30.03.2023, 13:25 352

Birgə yaşayışı qəbul etməyənlər üçün yol açıqdır

YAZILAR
  • Azərbaycan mövqeyinə sadiq qalaraq həm Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirir, həm də Qarabağda yaşayan ermənilərlə birbaşa təmaslar qurmağa çalışır. Amma ermənilər rəsmi Bakının bölgədə davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün sərgilədiyi konstruktiv mövqeyinə adekvat cavab vermir, mövcud vəziyyətdən nəticə çıxarmırlar. Lakin unudurlar ki, ölkə ərazisində yaşamağın yeganə yolu Azərbaycanın siyasi-hüquqi hakimiyyətini tanımaqdan, cəmiyyətə inteqrasiya prosesindən keçir.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib: “Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onarın da elə. Azərbaycanda yaşayan  bir çox xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol”.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan digər vətəndaşlarımız kimi ermənilərin də sülh, əmin-amanlıq şəraitində təhlükəsiz yaşamasına təminat verir. Ancaq bunun üçün onlar ölkə qanunlarına tabe olmalıdırlar.

Tarixçi Ələmdar Şahverdiyev bununla bağlı deyib ki, Ermənistan dövləti və erməni ictimaiyyəti sülhə hazır deyil. Ona görə ki,  onlar özləri bu məsələnin müzakirəsində iştirakçı olsalar da,  ancaq kənardan idarə olunan qüvvələr olduğu üçün onlar aldıqları tapşırıq və tövsiyə üzərindən hərəkət edirlər.

Azərbaycan Qarabağda yaşayan ermənilərə növbəti dəfə konstruktiv mövqe nümayiş etdirərək onlara inteqrasiyada infrastruktur məsələləri ətrafında müzakirələr aparmaq üçün Bakıya dəvət etdi. Ermənilər isə yaranmış bu fürsətdən faydalana bilmədilər.

Hüquq müdafiəçisi Sahib Məmmədov isə qeyd edib ki, bununla bağlı Azərbaycan dövləti öz niyyətini, öz fikrini bildirib. Onlar bundan imtina edirsə, bu onların öz problemidir. Bu inteqrasiya prosesi beş gün, on gün getməyəcək, xeyli çəkəcək. Onlar nə qədər bunu gecikdirsələr, bir o qədər özlərinin ziyanına olacaq. Ermənilər elə bil ki, asılı vəziyyətdə, qeyri-müəyyən vəziyyətdə qalmaqda davam edəcək.

Rəsmi Bakının açıq və dəyişməz mövqeyi bəllidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bayrağı altında yaşamaq istəyənlərə şərait yaradılacaq. Birgə yaşayışı qəbul etməyənlər üçün isə yol açıqdır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər