"Lurer.com"un bu günkü xəbərləri sırasında ordu ilə bir neçə məlumat da var. Agentlik xəbər verir ki, martın 28-də Ermənistan ordusunun rəhbər heyəti ilə üç günlük operativ müşavirəyə start verilib. Müdafiə naziri Suren Papikyan hərbi rəhbərlə görüşüb və bölgədəki vəziyyətlə bağlı danışıb. Toplantıda məruzələr dinləniləcək, mühazirələr oxunacaq, qoşunların qarşısında duran vəzifələr müzakirə ediləcək. Müdafiə nazirliyindən bildiriblər ki, xüsusilə sərhəd bölgələrində mühəndus-istehkam infrastrukturu yaradılması, hərbçilərin psixoloji durumunun və döyüş qabiliyyətinin yüksəldilməsi üçün geniş işlər görülməsi qarşıya məqsəd qoyulub.
Nəsib