17.06.2025, 05:02
AZ EN
15.03.2023, 15:25 339

Rubeni vurmağa gətirmişdi

YAZILAR

Dünən və bu gün erməni mətbuatında yayılan xəbərlərin əksəriyyəti baş nazir Nikol Paşinyanın keçirdiyi mətbuat konfransında söylədikləri ilə bağlı olsa da cəmi 3 ay "dövlət naziri" olan Ruben Vartanyan da yaddan çıxmayıb. "Joğovurt " qəzetinin yazdığına görə, o hələ də Xankəndidədir və sabiq "köməkçisinin" evində kirayənişindir. Qəzet əlavə edib ki, bununla bağlı həmin şəxsə müraciət edilib və ətraflı məlumat verməsi xahiş olunub. Sabiq köməkçi Armen Hakopcanyan isə sualı cavablandırmayıb və Rubenin özünə müraciət etməyi məsləhət görüb.

Daha sonra isə maraqlı xəbər ortaya çıxıb. Qəzetin əməkdaşı apardığı araşdırmalar nəticəsində belə qənaətə gəlib ki, Ruben Vartanyanı Xankəndiyə Moskva göndərməyib, əksinə onu Araik Harutyunyan özü gətirib. Bu razılıq isə 3 ay davam edən danışıqlardan sonra baş tutubmuş.

O da bildirilir ki, biznes sahəsində böyük təcrübəyə malik olan Ruben Vartanyanın Araik Harutyunyanla problemi yaranarkən məlum olub ki, o siyasətin incəliklərindən tam xəbərsizdir və Xankəndiyə də məhz siyasi korafəhimliyinə görə dəvət edilibmiş.

Qəzet sonda yazır ki, Ruben Vartanyan Araik Harutyunyanla olan anlaşmasının pozulmasına görə depressiyaya düşüb və kirayədə yaşadığı evdən, demək olar, bayıra çıxmır.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR