Ermənistan ali məhkəməsi rəyasət heyətinin fevralın 8-də keçirdiyi iclasında 6 hakimin işdən çıxarılması və sərəncama götürülməsi qərara alınıb. "Lurer.com" bildirir ki, buna səbəb Ali məhkəmə kollegiyasının fəaliyyətində islahatların aparılmasıdır. Bəzi məhkəmələrdə bu və ya digər işlə bağlı bu günədək qərar, qətnamə qəbul olunmaması ilə bağlı isə yeni fəaliyyətə başlayacaq hakimlərin məşğul olacaqları bildirilib. Daha sonra əlavə olunur ki, hakim eyni rayonda yalnız 6 il işləyə bilər. Müddət tamam olduğu gün isə onların səlahiyyətləri dayanır və yeni iş yeri üçün hətta bir neçə yarım il gözləməli olurlar. Bu isə heç də hamı tərəfindən qəbul olunmur və vətəndaşın əmək hüququnun pozulması hesab edilir.
Nəsib