27.06.2025, 22:17
AZ EN
18.11.2022, 16:19 432

Ermənilər rusiya səfirliyinin qarşısında mitinq ediblər

YAZILAR

44 günlük müharibə Azərbaycanın qələbəsi ilə başa çatdıqdan və 2020-ci il noyabrın 10-dakı üçtərəfli bəyanatdan sonra Qarabağa yerləşdirilən rus sülhməramlılarının öz missiyalarını lazımincə yerinə yetirmədikləri elə ilk günlərdən özünü göstərməyə başlamışdı. Belə ki, onların müvəqqəti nəzarətində olan ərazidən keçərək təxribata cəhd edən ermənilərin tərksilah edilərək mövcud qanunlara uyğun müəyyən müddətə həbs edilmələri erməni cəmiyyətində həmişə olduğu kimi qeyri-obyektiv dəyərləndirilib. Ermənistan iqtidarı və müxalifəti onların azad edilməsi üçün müxtəlif beynəlxalq təşkilatlara və himayədarları olan dövlətlərə indi də müraciət etməkdədir. Azərbaycanın qəti mövqeyindən sonra yeni günahkar axtarışına çıxan ermənilər noyabrın 18-də saat 11-də Rusiya Federasiyasının İrəvandakı səfirliyi önündə aksiya keçiriblər. Hazırda həbsdə olan terrorçuların valideynləri və yaxınlarının əllərindəki plakatlarda isə rus və erməni dillərində belə yazılıb: «Rus sülhməramlıları, 13 dekabr 2020-ci ildə siz harda idiniz?», «Bizim qarantmız rus idi. Rus, niyə qoydun bizim sərhəddi keçələr?», «Rus, bizim oğlanlar hardadır, onları qaytarın».

Məlum olduğu kimi, həmin terrorçular Qərbi Azərbaycanın Ağbaba-Şörəyel bölgəsindən Qarabağa gəlib diversiya fəaliyyətləri ilə məşğul olmuşdular. Onların hansı yolla keçdikləri də məhz öz ifadələri əsasında müəyyənləşib.

Rus sülhməramlılarının «çətir»i altında indi də mövqelərimizi daim atəşə tutan ermənilər unudurlar ki, Azərbaycanın Dəmir yumruğu həmişə hazırdır. Amma məhz rus sülhməramlılarına görə bu yumruq hələ, almanlar demiş, fransızlarsayağı yarımçıq toplum olan ermənilərin başında daha güclü çatlamayıb. O ki, qaldı həmin terrorçuların valideynləri və doğmalarının Azərbaycan əleyhinə səsləndirdikləri «hədə-qorxu»lara, tarix dəfələrlə sübut edib ki, ermənilərin mentalitetindəki qaraçılıq məhz öz başlarına fəlakət gətirir. Növbəti fəlakəti isə, bəlkə, elə məhz ruslar «bəxş» edəcək.

Nəsib QARAMANLI

Oxşar xəbərlər