15.12.2025, 10:34
AZ EN
20.11.2025, 10:08 232

Ağdam: İşğaldan bərpaya gedən yolun simvolu

YAZILAR
  • Uzun illər Ermənistanın işğalı altında qalan və erməni vəhşiliyi nəticəsində tamamilə dağıdılan, ruhlar şəhəri sayəlan Ağdam indi yenidən doğulur. Qarabağın qəlbi sayılan bu qədim şəhər artıq bərpa və quruculuq mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, kəndlər və şəhər müasir standartlarla yenidən qurulur.

Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, işğal dövründən əvvəl Ağdam rayonunda yeyinti və yüngül sənaye, kənd təsərrüfatı kimi sahələr inkişaf etmişdi. Rayonun torpaqlarının 92 faizinin əkinə yararlı olması onun böyük aqrar potensialını göstərir. Hazırda Ağdamda həm yerli, həm də xarici investisiyalarla sənaye və kənd təsərrüfatı sahələrinin dirçəldilməsi istiqamətində addımlar atılır.

Deputat bildirib ki, təsdiqlənmiş Baş Plana əsasən, Ağdam bərpadan sonra regionun sənaye mərkəzinə çevriləcək: "Turizm, kənd təsərrüfatı və sənaye potensialı ilə seçilən Ağdam, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə ixrac imkanlarını genişləndirəcək".

Bayramov vurğulayıb ki, son 5 ildə görülən işlər Ağdamın sürətlə dirçəldiyini və yaxın gələcəkdə Qarabağın əsas iqtisadi mərkəzlərindən birinə çevriləcəyini göstərir".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər