Bunu AzTV-yə açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
Deputat qeyd edib ki, dünyada ən güclü layihələrdən biri Cənub Qaz Dəhlizidir, TANAP və TAP kimi layihələri birləşdirən Adriatik dənizinin dibi ilə gedib İtaliyaya qədər uzanan 3500 kilometr uzunluğunda bir enerji layiəsini məhz Azərbaycan və onun Lideri həyata keçirmişdir. Yəni bu layihə eyni zamanda Mərkəzi Asiyadan, Şərqdən Avropaya gedəcək təkcə ənənəvi neft və qaz deyil, eyni zamanda alternativ və bərpaolunan enerji mənbələrinin də Avropaya ixrac edilməsi ilə bağlı bizə potensiallar verir: “Ona görə də təsadüfi deyildir ki, Avropa İttifaqının bir nömrəli şəxsləri cənab Prezidentə xüsusi diqqət göstərirdilər. Fiaskoya uğramış siyasəti ilə gündəmə gələn Makron özü şəxsən cənab Prezidentə yaxınlaşaraq, diplomatik jestlə desək. bir növ üzrxahlıq etdi. Biz bunların şahidi olduq. Demək ki, artıq Azərbaycanın yaratdığı reallıq təkcə Cənubi Qafqazda deyil, böyük Avropa İttifaqında da qəbul olunur. Hesab edirəm ki, bundan sonra Fransa, onun əlaltısı olan Ermənistan və digərləri anlamalıdırlar ki, Azərbaycanla münasibətdə artıq dəyişmək lazımdır. Azərbaycanla tərəfdaşlıq, bərabər partnyorluq münasibətləri qurmaq lazımdır ki, siz nəyəsə nail olasınız”.
Tahirə AĞAMİRZƏ