“Sülh müqaviləsinin imzalanmasında qoyduğumuz əsas şərtlərdən də biri ondan ibarət idi ki, mütləq şəkildə bu sərhəddə heç vaxt başqa bir dövlətin qoşun hissələri dayanmasın”. Bunu Millət vəkili Arzu Nağıyev İctimai TV-yə açıqlamasında deyib.
Deputat qeyd edib ki, bunu maliyyələşdirən əsasən Fransadır: “Lakin buna baxmayaraq, Avropa İttifaqının bayrağı altında həm Almaniyadan, həm də digər Avropa ölkələrindən orda nümayəndələr var. Əvvəllər bir neçə nəfərin guya müşahidəçi kimi olacağını deyirdilər. Amma sonra bunlar artıq silah-sursat gətirdilər”.
Rəsmi Bakı regiona kənar qüvvələrin daxil olmasına qarşıdır. Ermənistanla sülh danışıqlarında vasitəçi kimi üçüncü tərəfə lüzum görmür. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Avropa İttifaqının müşahidə missiyasının pozucu addımları bölgədə dayanıqlı sülhün əldə olunmasında əsas maneədir.
Qeyd edək ki, müşahidə missiyası Ermənistanda 2023-cü ildə Azərbaycanla razılaşdırılmaqla iki il müddətinə yerləşdirilib. Lakin onların səlahiyyət müddəti 2025-ci ilin fevralında Azərbaycanla razılaşdırılmadan yenidən uzadılıb.
Tahirə AĞAMİRZƏ